Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Avropada təbii qazın qiyməti düşüb

Avropada təbii qazın qiyməti düşüb


1-06-2022, 12:39
Çərşənbə günü səhər London ICE birjasında qaz fyuçersləri 8% ucuzlaşaraq 1000 kubmetr üçün 1000 ABŞ dollarından aşağı olub.
Şəffaflıq.az xəbər verir ki, bunu “ICE Futures” platformasının məlumatları göstərir.
Avropanın ən böyük virtual ticarət platforması olan TTF indeksi üzrə iyul fyuçersləri 973,6 dollara qədər aşağı ticarətlə başlayıb. Son dövrdə ən yüksək qiymət çərşənbə günü qeydə alınıb (984,6 dollar). Daha sonra kotirovkalar 1000 kubmetr üçün 957 dollar səviyyəsinə düşüb.
Xatırladaq ki, Ukraynada hərbi əməliyyatların başlamasından sonra Avropada qazın qiyməti kəskin artıb: əgər fevralın 23-ün nəticələrinə əsasən, fyuçerslərin hesablaşma qiyməti 1000 kubmetr üçün 1038,6 dollar idisə, fevralın 24-də “mavi yanacağ”ın qiyməti demək olar ki, 50% artaraq 1555,5 dollara qədər yüksəlib.


Şəffaflıq.az
Geri qayıt