Əsas Səhifə > XARİCİ XƏBƏR > Cozef Bayden: "ABŞ Rusiya ilə müharibə etmək istəmir"
Cozef Bayden: "ABŞ Rusiya ilə müharibə etmək istəmir"1-06-2022, 10:41 |
“Biz Rusiya ilə NATO arasında müharibə axtarmırıq...” Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ Prezidentin Cozef Bayden “The New York Times”a yazdığı məqaləsində bildirib. O vurğulayıb ki, ABŞ Rusiya ilə müharibəni arzulamır. ABŞ Prezidentinin sözlərinə görə, NATO qüvvələrinə hücum olmayanadək Vaşinqton Ukrayna münaqişəsinə birbaşa müdaxilə etməyəcək. Cozef Bayden məqaləsində bildirib ki, münaqişədə ABŞ-ın başlıca hədəfi Ukraynanın demokratik dövlət və özünü istənilən hücumlardan müdafiə etmək qabiliyyətinə malik olmasıdır: “ABŞ başqa olmaqla azad dünya və başqa ölkələr hərbi, humanitar və maliyyə yardımı etməklə Ukraynanın tərəfindədir”. Şəffaflıq.az Geri qayıt |