Əsas Səhifə > Hadisə > Abşeronda ata 5 yaşlı oğlunu avtomobillə vurub

Abşeronda ata 5 yaşlı oğlunu avtomobillə vurub


1-06-2022, 08:57

Abşeron rayonunda ata 5 yaşlı övladını avtomobillə vurub.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Vuqar Mehdiyev idarə etdiyi avtomobilini arxaya verərkən ehtiyatsızlıqdan 5 yaşlı oğlu Renat Mehdiyevi vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.


Şəffaflıq.az
Geri qayıt