Əsas Səhifə > Hadisə > Gəncədə mübahisə zəminində 3 nəfər bıçaqlanıb

Gəncədə mübahisə zəminində 3 nəfər bıçaqlanıb


1-06-2022, 08:51

 Gəncə şəhərində 3 kişi bıçaq xəsarəti alıb.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə Gəncə Dəmiryolu Vağzalı yaxınlığında qeydə alınıb.
1996-cı il təvəllüdlü M.Hümbətov, 1989-cu il təvəllüdlü E.Əliyev və qardaşı R.Əliyev mübahisə zəminində bıçaqlanıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatı hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.


Şəffaflıq.az
Geri qayıt