Əsas Səhifə > Cəmiyyət > "Böhranın pik nöqtəsi 2022-ci ilin ikinci yarısında gələcək"
"Böhranın pik nöqtəsi 2022-ci ilin ikinci yarısında gələcək"29-05-2022, 15:51 |
Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzi səlahiyyətlilərdən təsərrüfat subyektlərinin əminliyini artırmağı və tələbi dəstəkləməyi gözləyir. Rusiya iqtisadiyyatında xarici sanksiyalara görə böhranın pik nöqtəsi 2022-ci ilin ikinci yarısında gələcək.Şəffaflıq.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Mərkəzin makroiqtisadi proseslərin təhlili və proqnozlaşdırılması şöbəsinin rəhbəri Dmitri Belousov deyir. Onun sözlərinə görə, ilin ikinci yarısı böhranın pik nöqtəsidir. “Çox güman ki, icarə haqqları da yüksələcək və belə çıxacaq ki, bizdə icarə haqqı daha pis olacaq. İdxalın yeni göndərişlərinin də qiymətləri artırılacaq. Və tələblə bağlı problemlərə görə, xərclərin artımını qiymət artımına “çevirmək” imkanları olmayacaq”,- deyə “İnterfaks” Belousovdan sitat gətirib. Belousovun fikrincə, mülayim inflyasiya fonunda bu, istehsalın nəzərəçarpacaq dərəcədə azalmasına səbəb ola bilər. Bu isə, öz növbəsində müəssisələrin işçilərini ixtisar etməyə başlamasına səbəb olacaq. "Böhran uzun müddətli olacaq" hissi, şirkətlərin davranışında düzəlişlərə - sərmayələrin azalamsı və işçilərin ixtisaredilməsi"nə gətirib çıxara bilər” - deyən ekspert hesab edir ki, artıq bir çox ekspertlər əhalinin istehlakçı əhval-ruhiyyəsindən narahatdırlar. Belousovun sözlərinə görə, belə ki, ruslar artıq böhrana inanmağa başlayıblar. Çünki, mövcud vəziyyətlə bağlı qiymətləndirmələr "ən aşağı dəyərlərə düşüb". Gözləntilər indeksi isə, iki ildə ilk dəfə müsbət sahəyə daxil olub. Ekspert hesab edir ki, indi hakimiyyət bütün təsərrüfat subyektlərində əminliyi artırmalı, sahibkarlıq fəaliyyətini və tələbatı dəstəkləməlidir. Geri qayıt |