Əsas Səhifə > Dünya > Nepalda göyərtəsində 22 nəfərin olduğu təyyarə yoxa çıxdı

Nepalda göyərtəsində 22 nəfərin olduğu təyyarə yoxa çıxdı


29-05-2022, 15:41

 

Nepalda özəl aviaşirkət “Tara Air”in təyyarəsi yoxa çıxıb.

İlkin məlumatlara görə, təyyarədə 3 ekipaj üzvü, 13 Nepal, 4 Hindistan və 2 Almaniya vətəndaşı olub.

Mənbələrin bildirdiyinə görə, Kanada istehsalı olan kiçik “Twin Otter” təyyarəsi Pokharadan Comsoma uçarkən itib.

Hazırda onun axtarışı davam edir.


Şəffaflıq.az
Geri qayıt