Əsas Səhifə > Kriminal > Şəkidə müəmma: İmtahanda ən yüksək nəticə göstərən 15 yaşlı məktəbli qız intihar etdi
Şəkidə müəmma: İmtahanda ən yüksək nəticə göstərən 15 yaşlı məktəbli qız intihar etdi26-05-2022, 14:50 |
Şəkidə 15 yaşlı məktəbli intihar edib. Hadisə Şəkinin Kiçik Dəhnə kəndində baş verib. 15 yaşlı Nuray Süleymanova özünü yaşadığı evin həyətyanı sahəsində olan mal tövləsinin çardağından asıb. Nuray 2 saylı Kiçik Dəhnə kənd tam orta məktəbinin səkkizinci sinfində təhsil alırmış. O, hadisədən bir gün öncə də dərsə gəlib və tarix fənni üzrə məktəbdaxili keçirilən imtahanda ən yüksək nəticəni göstərib. Məlumata görə, Nurayın asılmış vəziyyətdə olan meyitini anası aşkar edib. Ailə üzləri bildiriblər ki, anası ona tövlədəki mal-qaraya ot verməsini tapşırıb. Aradan təqribən 30-40 dəqiqə keçdikdən sonra Nurayın gəlmədiyini görən anası onu axtarmağa başlayıb. Qonşulardan qızını soraqlayan ana sonda övladını mal tövləsinin çardağında asılmış vəziyyətdə tapıb. Qeyd edək ki, Nurayın özündən böyük bir qardaşı var və o, Rusiyada işləyir. Evdə isə Nuray və valideynləri yaşayıblar. Səkkizinci sinif şagirdi olan Nurayın mobil telefonu da olmayıb. İntihar edən 15 yaşlı Nuray Süleymanova kənd qəbiristanlığında dəfn edilib. Hadisə ilə bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |