Əsas Səhifə > Cəmiyyət > Həcc ziyarətinin qiyməti niyə artıb? - QMİ-dən açıqlama
Həcc ziyarətinin qiyməti niyə artıb? - QMİ-dən açıqlama26-05-2022, 00:01 |
Son vaxtlar dünyada baş verən qiymət artımı Həcc ziyarəti ilə bağlı məsələlərə də təsir edib. Şəffaflıq.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu ARB 24-ə açıqlamasında QMİ-nin sədr müavini Salman Musayev deyib. O bildirib ki, Bakıdan gediş-gəliş üçün zəvvarlara çəkilən bütün xərclər 5350 ABŞ dollarına daxildir: "Səudiyyə Ərəbistanının qəbul etdiyi qərarlar əsasında, qiymətlər xeyli artıb. Hətta zəvvarların sağlamlıq məsələlərinin qorunması da ödənişə daxildir. Əvvəlki illərdə bunların hamısı ödənişsiz idi. Amma bu il bu xərclər də ziyarət səfərinin qiymətinin üzərinə gəlib". Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Geri qayıt |