Əsas Səhifə > KARUSEL / Gündəm > Şamaxıda Azərbaycan Üzüm və Şərab Festivalı uğurla başa çatıb. - FOTO
Şamaxıda Azərbaycan Üzüm və Şərab Festivalı uğurla başa çatıb. - FOTO1-09-2019, 17:58 |
![]() ![]() “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunan festivalın açılış mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Şamaxının hələ qədimdən poeziyanın, musiqinin vətəni olmaqla yanaşı, həm də üzümçülüyün inkişaf etdiyi bölgələrimizdən biri kimi tanındığını diqqətə çatdırıb. Qeyd edib ki, bu ənənəni uzun illərdir qoruyub saxlayan Şamaxıda həm iri müəssisələr, həm də kiçik ailə təsərrüfatları yaradılmaqdadır. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Rayonda baş verən sonuncu zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm işlərin görüldüyünü, yeni evlərin, uşaq bağçalarının, məktəblərin, tibb məntəqələrinin tikildiyini xatırladan icra hakimiyyətinin başçısı Şamaxıya göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov çıxışına italyan mütəxəssis Pizzi Angelo Antoniodan sitat gətirməklə başlayıb: “Hazırda bütün dünya qəbul edir ki, üzümçülüyün və şərabçılığın vətəni Cənubi Qafqaz, o cümlədən Azərbaycandır. Yəni, biz, üzümün vətənindəyik”. O, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası adından Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya belə bir bayrama görə təşəkkürünü bildirərək deyib: “İnanıram ki, bu festival ənənəvi hal alacaq və ilbəil öz əhatə dairəsini daha da genişləndirəcək. Mən festival iştirakçılarına bu iki gün ərzində xoş istirahət və əyləncələr arzu edirəm”. ![]() ![]() ![]() ![]() Festivalın rəmzləri olan müxtəlif dekorasiyalar və instalyasiyalarla bəzədilən ərazidə yerli şərab istehsalçılarının dequstasiya pavilyonları, həmçinin qastronomik və etno zonalar fəaliyyət göstərir. Burada Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə – misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti və musiqiləri təqdim edilir. Festivala ev sahibliyi edən Şamaxı xüsusi guşə ilə təmsil olunub. Ərazidəki nəhəng butulkalar yerli şərab istehsalçılarının hər birinin məhsullarını təcəssüm etdirir. Bundan əlavə, şərab şüşəsi tədbirdə həm də yaradıcılıq obyekti kimi istifadə olunur – iştirakçılar butulkaları istədikləri tərzdə və rəngdə boyayır, yaradıcı fantaziyalarını reallaşdırırlar. Festival çərçivəsində iştirakçılar və şərab istehsalçıları üçün oyun və viktorinalar keçiriblər, qaliblərə hədiyyələr təqdim edilib. ![]() ![]() ![]() ![]() ![]() “İnadkarın ram edilməsi” filmindən Adriano Çelentanonun rəqs səhnəsi üzümün ayaqla sıxılmasını – Avropada əvvəllər şərabın hazırlanma prosesini çoxlarının yaddaşına maraqlı və əyləncəli bir məşğuliyyət kimi yazıb. İştirakçılar festivalda bu zövqü də yaşaya ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Ərazidə festival günlərindən xatirələri əbədiləşdirmək üçün fotozona da yaradılıb. Avqustun 31-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxı rayonunun Meysəri kəndində keçirilən Azərbaycan Üzüm və Şərab Festivalı çərçivəsində təşkil olunan sərgi və pavilyonlarla tanış olub. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yerli üzüm və şərab istehsalçıları ilə görüşüb, müəssisələrin pavilyonları ilə tanış olub. Avqustun 31-də festival tədbirləri başlayanadək yoqa, streçinq və taekvondo məşqləri keçirilib. Festival iştirakçıları, həmçinin İsmayıllı rayonunun Lahıc kəndinə, Qəbələ və Şamaxı rayonları ərazilərinə ekskursiyalara gediblər. Festival çərçivəsində Azərbaycan xalçaçılıq sənətində üzüm və şərab motivlərinə həsr olunmuş seminar keçirilib. Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə şərabçı və somalyelərin master klasları olub. Yerli şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçiriblər. Milli zonada Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə - misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti təqdim edilib. Festival avqustun 31-də davam edərək uğurla başa çatıb. Qeyd edək ki, havanın yağışlı olmasına baxmayaraq iştirakçı qonaqlar festivalı maraqla qarşılayıblar. Vahid İsmayılov Şamaxı Şəffaflıq.az Geri qayıt |