Əsas Səhifə > XARİCİ XƏBƏR > Almaniyada avtobus qatarla toqquşdu: Çox sayda yaralı var

Almaniyada avtobus qatarla toqquşdu: Çox sayda yaralı var


25-05-2022, 07:31

 

Almaniyanın cənubundakı Ulm şəhəri yaxınlığındakı Blaustein qəsəbəsində qatar və avtobus toqquşub. Toqquşmadan sonra relsdən çıxan qatarın sürücüsü və çox sayda sərnişin xəsarət alıb.

Eyni zamanda, zərbənin təsirindən avtobus sürücüsü avtomobildən kənara düşərək ağır yaralanıb.

Qəzadan sonra alovlanan avtobus tamamilə yanıb.


Şəffaflıq.az
Geri qayıt