Əsas Səhifə > Cəmiyyət > Prezident mühüm Qanunu təsdiqlədi
Prezident mühüm Qanunu təsdiqlədi24-05-2022, 22:04 |
Prezident İlham Əliyev "Peşə təhsili haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Şəffaflıq.az-ın xəbərinə görə, dəyişikliklə Qanunun 10.11-ci bəndi yeni redaksiyada verilib. Yeni redaksiyaya əsasən dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqaüd veriləcək. Qanunun 10.11-ci bəndinin əvvəlki variantı isə belə olub: "Dövlət peşə təhsili müəssisələrində dövlət hesabına təhsilalanlara məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təqaüd verilir". Geri qayıt |