Əsas Səhifə > Gündəm > Əfv Komissiyasının iclasları başa çatıb

Əfv Komissiyasının iclasları başa çatıb


23-05-2022, 23:17

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev mətbuata açıqlamasında deyib.

O bildirib ki, bu gün keçirilən iclasda 100-dən çox, ümumilikdə keçirilən iclaslarda cəmi 600-dən çox müraciətə baxılıb.

Qeyd edək ki, yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Dövlət başçısının 28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.


Şəffaflıq.az
Geri qayıt