Əsas Səhifə > XARİCİ XƏBƏR > Davosda Dünya İqtisadi Forumuna start verilir

Davosda Dünya İqtisadi Forumuna start verilir


22-05-2022, 23:53

 

Mayın 22-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu işə başlayır.

Forumun saytında 2500-ə yaxın liderin, o cümlədən 50-dən çox dövlət və hökumət başçısının kurort şəhərində bir araya gəldiyi bildirilib.

Müzakirələrin başlıca mövzuları koronavirus pandemiyası, Ukraynadakı silahlı münaqişə, geoiqtisadi sarsıntılar və iqlim dəyişikliyi olacaq.

Qeyd edək ki, SSRİ-nin süqutundan sonra Rusiya ilk dəfə Davosda təmsil olunmayacaq.

Forum mayın 26-dək davam edəcək və pandemiyanın başlanmasından bəri ilk dəfə adi rejimdə keçiriləcək.


Şəffaflıq.az
Geri qayıt