Əsas Səhifə > FUTBOL > Zəfər Kuboku: Bu gün bütün yarımfinalçılar müəyyənləşəcək
Zəfər Kuboku: Bu gün bütün yarımfinalçılar müəyyənləşəcək22-05-2022, 09:53 |
İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunda bu gün qrup mərhələsinin son görüşləri keçiriləcək. Şəffaflıq.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun qapalı meydançasında III turun 4 qarşılaşması oynanılacaq. Günün ilk matçı A qrupunda "Füzuli" və "Xocavənd" komandaları arasında olacaq. "Füzuli" ilk matçında "Cəbrayıl"a 2:4 hesabı ilə uduzduğu halda, "Xocavənd" bu komandanı yenib - 6:0. Bu isə o deməkdir ki, "Xocavənd"ə qrup qalibi kimi yarımfinala çıxmaq üçün heç-heçə də kifayət edəcək. "Füzuli" isə mərhələ adlamaqdan ötrü azı 5 qoldan başlayaraq, 4 top fərqi ilə qalib gəlməlidir. Növbəti qarşılaşma B qrupunda "Suqovuşan" və "Xocalı" komandaları arasında olacaq. "Suqovuşan" ilk görüşündə "Şuşa" kollektivini 9:1, "Xocalı" isə 7:1 hesabı ilə məğlub edib. Beləliklə, "Suqovuşan"a qrupdan çıxmaq üçün heç-heçə də kifayət edəcək. "Xocalı" isə yarımfinala yüksəlməkdən ötrü mütləq qalib gəlməlidir. Bu oyundan əvvəl Azərbaycan Premyer Liqasında 2020/2021 və 2021/2022 mövsümlərinin ən yaxşı futbolçularının mükafatlandırma mərasimi keçiriləcək. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbovla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev müvafiq olaraq, Namik Ələskərov və Kadi Borges Malinovskini təltif edəcəklər. Günün üçüncü qarşılaşmasında C qrupunda "Laçın" və "Qubadlı" komandaları üz-üzə gələcək. İlk turda "Laçın" "Kəlbəcər"ə 0:2 hesabı ilə uduzubsa, "Qubadlı" qalib gəlib - 4:0. Bu isə o deməkdir ki, "Laçın" yalnız azı 4:1-dən başlayaraq, 3 top fərqi ilə qalib gələcəyi təqdirdə, yarımfinala çıxacaq. "Qubadlı"ya heç-heçə də kifayət edəcəyi halda, "Kəlbəcər" artıq şansını itirib. Nəhayət, günün son oyununda D qrupunda "Zəngilan" və "Xankəndi" komandaları qarşılaşacaq. Əvvəlki oyunlarda "Zəngilan" "Ağdam"a 0:10 hesabı ilə uduzubsa, "Xankəndi" bu komanda ilə heç-heçə edib - 2:2. "Xankəndi" yarımfinala çıxmaqdan ötrü 11:1-dən başlayaraq, azı 10 top fərqi ilə qalib gəlməlidir. 10:0 hesablı nəticə "Ağdam"ı qrupdan çıxaracaq. Çünki "Fair Play" göstəricilərində "Xankəndi"nin bir qırmızı vərəqəsi var. Zəfər Kuboku 22 may A qrupu 10:00. "Füzuli" - "Xocavənd" Xocavənd 1 1 0 0 6-0 3 Cəbrayıl 2 1 0 1 4-8 3 Füzuli 1 0 0 1 2-4 0 B qrupu 11:00. "Suqovuşan" - "Xocalı" Suqovuşan 1 1 0 0 9-1 3 Xocalı 1 1 0 0 7-1 3 Şuşa 2 0 0 2 2-16 0 C qrupu 12:00. "Laçın" - "Qubadlı" Qubadlı 1 1 0 0 4-0 3 Kəlbəcər 2 1 0 1 2-4 3 Laçın 1 0 0 1 0-2 0 D qrupu 13:00. "Zəngilan" - "Xankəndi" Ağdam 2 1 1 0 12-2 4 Xankəndi 1 0 1 0 2-2 1 Zəngilan 1 0 0 1 0-10 0 Mayın 28-də keçirilən yarımfinal oyunlarında A və C, həmçinin B və D qruplarının qalibləri görüşəcək. Final qarşılaşması isə iyunun 19-da olacaq. Bombardirlər: Nurşən Quliyev ("Suqovuşan") - 6, Xanoğlan İmanov ("Ağdam") - 4, Ümid Süleymanov ("Xocavənd"), Sərxan İbrahimoğlu ("Xocavənd"), Seymur Baxşıyev ("Xocalı"), Mirbağırağa Cəfəri ("Ağdam"), Əli Raufoğlu ("Cəbrayıl"), Şəfail Baxşıyev ("Ağdam") - hamısı 3, Vəfadar Əliyev ("Xocalı"), Murad Əliyev ("Füzuli"), Elcan Məmmədli ("Qubadlı") - hamısı 2 qol. Qeyd edək ki, Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Huner Group"un sponsorluğu, "Kəhriz su"nun və “Traumotology Orthopedic Center”in (TOC) tərəfdaşlığı, "Report" agentliyinin informasiya dəstəyi ilə gerçəkləşir."Report" Geri qayıt |