Əsas Səhifə > Dünya > İvanişvilidən seçkidən sonra ilk açıqlama
İvanişvilidən seçkidən sonra ilk açıqlama28-11-2018, 21:56 |
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili seçicilərə göstərdikləri dəstəyə görə təşəkkür edib. Şəffaflıq.az xəbər verir ki, o, partiyanın qərargahında keçirdiyi brifinqdə vətəndaşlara müraciət edib. “Hökumət sizin xidmətinizdə olacaq və etimadınızı doğrultmaq üçün mümkün olan hər şeyi edəcək. Cəmiyyətimizə və fədakarlıqla iş aparmış komandaya çox minnətdaram”, – partiya sədri bildirib. Gürcüstanın baş naziri Mamuka Baxtadze də seçicilərə göstərdikləri fəallığa görə təşəkkür edib. O, Salome Zurabişvilini əldə etdiyi yüksək nəticə münasibətilə təbrik edib. Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş “exit-poll”un nəticələrinə əsasən, hakim partiyanın dəstəklədiyi namizəd S.Zurabişvili səs çoxluğu ilə qalib gəlib./Report/ Geri qayıt |