Əsas Səhifə > SAĞLAMLIQ / Dünya > Şimali Koreyada bir gündə 220 minə yaxın koronavirus hadisəsi qeydə alınıb

Şimali Koreyada bir gündə 220 minə yaxın koronavirus hadisəsi qeydə alınıb


21-05-2022, 23:17

 

KXDR-də bir gündə 219 mindən çox koronavirus xəstəsi qeydə alınıb, bir nəfər ölüb.

Bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.


Bildirilir ki, ümumilikdə təxminən 2,5 milyon insan xəstələnib.


Şimali Koreya ölkədə qızdırma adlandırdıqları koronavirusa yoluxma hallarının meydana çıxması səbəbindən ən yüksək səviyyəli fövqəladə epidemiya əleyhinə sistem tətbiq edib. Kim Çen Inın göstərişi ilə “zərərli pandemiyanın yayılmasının qarşısını almaq və infeksiya mənbəyini aradan qaldırmaq üçün” mümkün qədər tez bir zamanda bütün şəhər və rayonlarda karantin rejimi tətbiq edilib.


Qeyd edək ki, aprelin sonundan mayın 20-dək ölkədə qızdırmalı xəstələrin sayı 2 milyon 460 min nəfərdən çox olub, 66 nəfər ölüb.


Şəffaflıq.az
Geri qayıt