Əsas Səhifə > XARİCİ XƏBƏR > Ərdoğan İsveçin baş naziri ilə danışdı: Türkiyə şərtlərini bir-bir açıqladı
Ərdoğan İsveçin baş naziri ilə danışdı: Türkiyə şərtlərini bir-bir açıqladı21-05-2022, 20:04 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin Baş naziri Maqdalena Andersson arasında telefon danışığı baş tutub. Telefon söhbətində ikitərəfli münasibətlər və İsveçin NATO-ya üzvlük üçün müraciəti məsələsinə toxunulub. Türkiyənin NATO-nun “açıq qapı” siyasətinə hər zaman tam dəstək verdiyini bildirən Ərdoğan Alyans daxilində həm üzv ölkələrin təhlükəsizliyi, həm də kollektiv təhlükəsizlik baxımından həmrəyliyin əsas olduğunu vurğulayıb. Türkiyənin İsveçin PKK-YPG-PYD terror qruplaşmalarının əlaltısı olan şəxs və qondarma qurumlarla təmaslarından narahat olduğunu uzun müddətdir söylədiklərini bildirən Ərdoğan FETÖ terror qruplaşmasının İsveçdəki mövcudluğuna və fəaliyyətlərini davam etdirdiyinə də diqqət çəkib. Türkiyə lideri İsveçin terror qruplaşmalarına siyasi, maliyyə və silah dəstəyinə son qoymalı olduğunu vurğulayıb. R.T.Ərdoğan qeyd edib ki, PKK-PYD-YPG-nin İŞİD-lə mübarizə aparması iddiaları həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Türkiyə İsveçin PKK terror qruplaşması və bu qruplaşmanın Suriyadakı qolları ilə bağlı Ankaranın narahatlıqlarını bölüşdüyünü ortaya qoyan konkret və ciddi addımlar atmasını gözləyir. Ərdoğan həmçinin bildirib ki, İsveç Suriyadan Türkiyəyə qarşı terror təhdidlərinə görə həyata keçirilən “Sülh çeşməsi” əməliyyatından sonra Türkiyəyə tətbiq etdiyi məhdudiyyətləri də aradan qaldırmalıdır. Şəffaflıq.az Geri qayıt |