Əsas Səhifə > Hadisə > Azərbaycanda ölü və yaralıların olduğu dəhşətli hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ölü və yaralıların olduğu dəhşətli hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA


1-09-2019, 00:01


 

Daxili İşlər Nazirliyi (DİN) Ələt-Astara avtomobil yolunun 80-ci kilometrliyində üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev "Report"a açıqlamasında bildirib ki, qəzanın zəncirvari şəkildə baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Avqustun 30-da saat 20 radələrində Ələt-Astara yolunun 80-ci kilometrliyində, Biləsuvar rayonunun ərazisində Bakı şəhər sakini Səadət Fərəczadənin idarə etdiyi “Hyundai” markalı minik avtomobili yolun kənarındakı maneəyə dəyərək aşıb. Nəticədə sərnişinlərdən ikisi – S.Fərəczadənin oğlu Səfər və qardaşı oğlu Riyad Hüseynov hadisə yerində ölüb. Sürücü ilə birlikdə daha 4 sərnişin - sürücünün qızları – Nigar və Fidan, həmyerliləri Günel Hüseynova və onun azyaşlı oğlu Rafiq Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. G.Hüseynovanın vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb”.
Geri qayıt