Əsas Səhifə > MANŞET / Mədəniyyət / Cəmiyyət / ELM VƏ TƏHSİL > Şamaxıda Mirzə Ələkbər Sabirin 160 illiyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
Şamaxıda Mirzə Ələkbər Sabirin 160 illiyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb21-05-2022, 00:24 |
![]() İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev–muzeyinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində təşkil olunan yekun tədbirində ziyalılar, təhsil və mədəniyyət işçiləri iştirak ediblər. ![]() Şəffaflıq.az xəbər verir ki, M.Ə.Sabirin ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rəqsanə Xəlilzadə böyük şairə ümumxalq sevgisindən, dövlətin şairin xatirəsinin əbədiləşdirilməsi üçün göstərdiyi diqqət və qayğıdan danışıb. Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, münsiflər heyəti qismində ADPU-nun və BDU-nun baş müəllimi Dəyanət Musayev, ADPU-nun Şamaxı filialının kafedra müdiri, Sabir yaradıcılığının tədqiqatçılarından olan Eyvaz Eminalıyev və başqaları çıxış ediblər. ![]() ![]() Dəyanət İsmayılov. Şamaxı şəhəri Şəffaflıq.az Geri qayıt |