Əsas Səhifə > Gündəm / Maraqlı > May ayında toy etmək uğursuzluq gətirirmi?
May ayında toy etmək uğursuzluq gətirirmi?20-05-2022, 09:32 |
Toy insan həyatının ən önəmli günlərindən hesab edilir. Gözəl gəlinlik, toyun keçiriləcəyi məkan, zinət əşyaları hər şey xüsusi zövqlə seçilir. Toy gününün tarixi də əksər cütlüklər üçün əhəmiyyətlidir. Məsələn cütlüklər çox zaman may ayında toy üçün tarix almazlar. Bəzi inanclara görə, may ayında edilən toylar uğursuzluğa düçar olurmuş. Bu adət-ənənə İslam dinində olmasa da, uzun illər Sovet İttifaqının tərkibində olduğumuz üçün xristianlıqdan bizə də sirayət etmişdi.May ayı deyiləndə, toy-nişan etmək istəyənlər bir addım geri çəkilirdi. Qısası, may ayı münasibətlərin birləşdirilməsi üçün uğursuz ay hesab edilirdi. Qədim inancalara görə, baharın son ayında - mayda evlənənlər heç bir zaman xoşbəxt ola bilməzmiş. May ayında qurulan evliliklərdə, ailədaxili mübahisələr, anlaşılmazlıqlar, xəyanətlər və xəstəliklər olarmış.
Qədim dövrlərin inanclarına görə, yanvar ayı da toy üçün uğursuz ay hesab edilirdi. İddialara görə, yanvar ayında evlənənlər dul qala bilər. Bu inancın tarixi isə, yenə qədim dövrlərə təsadüf edir. Yanvar ayında kütləvi xəstəliklərin çox olması, havaların çox soyuq keçməsi insanlarda bu fikri formalaşdırmış və zaman keçdikcə bir inanca çevrilmişdi. Amma artıq zaman dəyişdiyi üçün bu gün yanvar ayında insanlar toy edir, xoşbəxt yaşayırlar. Qədim dövrlərdə fevral ayı evlilik üçün önəmli ay hesab edilirdi. Çünki bu ayda buzlar əriməyə, təbiət canlanmağa başlayırdı. Qədim inanclara görə, fevral ayında keçirilən toyda hava soyuq və fırtınalı olsaydı, cütlüyün həyatı xoşbəxt və firavan keçəcəkdi. Fevral ayının uğurlu hesab edilməsi, ondan sonra martın gəlməsi ilə əlaqələndirilirdi.
Bəzən məsəl çəkirlər ki, filankəs may ayında evləndi, həyat yoldaşı xəyanət etdi, ayrıldı, dünyasını dəyişdi və s. Bunun ayla heç bir əlaqəsi yoxdur. Bu kimi uğursuzluqları sadəcə olaraq çarəsiz insanlar hansısa ayla əlaqələndirə bilər. Bir insan xəyanət edirsə, onun içindən gəlir. Bir insan dünyasını dəyişirsə, onun əcəlidir. Bir insan ayrılırsa, hisslərinin bitdiyini göstərir. Amma bu problemi yaşayan və reallığa düzgün şəkildə yanaşa bilməyən insanlar bunu toyun keçirildiyi tarixlə əlaqələndirirlər. İnsan, ürəyinin istədiyini etməlidir. Arada sevgi varsa, ayrılma və ya xəyanət olmayacaq. Sevgi yoxdursa siz hansı ay evlənirsinizsə evlənin, eyni taleyi yaşayacaqsınız. Ən yaxşısı isə, batil inanclardan uzaq olmaqdır”. Psixoloq qeyd edir ki, cütlüklər ailə həyatı qurmamışdan öncə psixoloji məsləhət alsalar, o zaman toy üçün, ayın, günün, ilin fərqi olmayacaq. Batil inanclara da inanmaq lazım deyil. Bu, insanı həyatında hər zaman bir addım geri atır… Şəffaflıq.az Geri qayıt |