Əsas Səhifə > REGİON > Vladimir Putin 3 ay aradan sonra Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Vladimir Putin 3 ay aradan sonra Təhlükəsizlik Şurasının iclasını keçirəcək


20-05-2022, 09:23
Bu gün Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, toplantı videokonfrans formatında baş tutacaq.
Rusiya Təhlükəsizlik Şurası sonuncu dəfə fevralın 21-də toplaşaraq separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın tanınması məsələsini müzakirə edib.
Bu dəfə tədbir iştirakçıları ölkənin informasiya infrastrukturunun təhlükəsizliyinin təkmilləşdirilməsi məsələlərini müzakirə edəcəklər. Xüsusilə, informasiya texnologiyalarından istifadə zamanı yeni təhlükələrin nəticələrinin qarşısının alınmasına yönəlmiş tədbirlər nəzərdən keçiriləcək.
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev qlobal informasiya məkanında Rusiyanın suverenliyinin gücləndirilməsi ilə bağlı əsas məruzə ilə çıxış edəcək.

Geri qayıt