Əsas Səhifə > SAĞLAMLIQ > ÜST Azərbaycanda xəstəxanaların oksigenlə təchizatını qiymətləndirir
ÜST Azərbaycanda xəstəxanaların oksigenlə təchizatını qiymətləndirir19-05-2022, 19:29 |
![]() Şəffaflıq.az ÜST-ün Azərbaycan Nümayəndəliyinə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) ilə ÜST-ün birgə layihəsi olan Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində TƏBİB-in təklifi və dəstəyi ilə xəstəxanalarda oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsi həyata keçirilib. COVID-19 pandemiyası xəstəxanalarda oksigen təchizatı və istifadəsinin vacibliyini bir daha önə çıxarıb. Ağır və kritik COVID-19 hallarının effektiv müalicəsi üçün xəstəxanaların oksigenlə optimal təchizatı, reanimasiya şöbələrində oksigen infrastrukturunun yaradılması və tibb işçilərinin oksigen müalicəsi üzrə bilik və bacarıqlarının olması olduqca vacibdir. 16-20 may tarixlərində Bakı, Sumqayıt və Şamaxıda yerləşən 7 xəstəxana, o cümlədən 2 modul xəstəxanada oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsi məqsədilə ÜST-nin missiyası həyata keçirilir. Missiyada ÜST-nin biotibbi eksperti Dr. Ulian Rotari tərəfindən seçilmiş xəstəxanalarda oksigenin təchizat sistemi və istifadəsinin təhlükəsizliyi, ÜST-nin məsləhətçisi Dr. Pervin Korkmaz Ekren tərəfindən isə reanimasiya şöbələrində oksigen müalicəsinin tətbiqi qiymətləndirilir. Missiyanın ümumi koordinasiyası ÜST-nin xəstəliklərin idarəolunması üzrə eksperti Cennifer Kollins tərəfindən həyata keçirilir. Ehtiyaclar müəyyənləşdirildikdən sonra TƏBİB ilə birlikdə oksigen təchizatı və istifadəsi üzrə xəstəxanalara dəstək imkanlarının, həmçinin milli təlimatların hazırlanmasının müzakirəsi planlaşdırılır. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Geri qayıt |