Əsas Səhifə > Dünya > Google da işçilərini Rusiyadan çıxarır

Google da işçilərini Rusiyadan çıxarır


19-05-2022, 15:36

 

Google Korporasiyası işçilərinin əksəriyyətini Rusiyadan çıxarıb. İşçilərin əhəmiyyətli hissəsi Google-un böyük ofisi olan Dubaya köçüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bəzi əməkdaşlar Rusiyada qalıb şirkətdən ayrılmaq qərarına gəliblər və beləliklə, tezliklə Google-un Rusiyada işçiləri olmayacaq.


Bildirilir ki, martın sonunda məhkəmə Google-un ölkədəki əsas bank hesabını dondurduqdan sonra Google işçilərini Rusiyadan köçürməyi təklif etməyə başlayıb.


“Rusiya hakimiyyəti tərəfindən Google-un Rusiyadakı bank hesabına həbs qoyulması bizim Rusiya ofisimizin fəaliyyətini, o cümlədən rusiyalı işçilərin işə götürülməsini və ödənişini, eləcə də digər maliyyə öhdəliklərinin yerinə yetirilməsini qeyri-mümkün edib”, - deyə Google rəsmiləri bildiriblər.


Bundan əlavə bildirilir ki, Google-un Rusiyadakı törəmə şirkəti ölkədə müflisləşməyə başlayıb.


"Google-un işçilərinin ixtisarı və planlaşdırılan iflası Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyanın Qərb texnologiya şirkətləri ilə münasibətlərinin daha da pisləşdiyini vurğulayır. 2014-cü ildə Google Rusiyadakı mühəndislik ofisini bağladı, çünki hökumət onlayn azadlığa qarşı təzyiqləri gücləndirdi, lakin şirkət bunu davam etdirdi”, - deyə nəşr xatırladır.


Qeyd edilir ki, Ukraynada müharibə başlayandan və Qərb dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq etdikdən sonra Rusiya Federasiyasındakı senzura YouTube video xidmətini dezinformasiya yaymaqda və etirazlara sövq etməkdə ittiham edib. WSJ əlavə edir ki, mart ayında Google bütün reklamlar da daxil olmaqla ölkədəki biznes sövdələşmələrinin əksəriyyətini dayandırıb.


Google rəsmiləri bildiriblər ki, Rusiyadakı ofisinin virtual dayandırılmasına baxmayaraq, şirkət Rusiyada Search, YouTube, Maps və Gmail kimi pulsuz xidmətləri saxlamağı planlaşdırır.


Xatırladaq ki, YouTube Kreml kanallarını blokladığına və Rusiyada bağlanmasını əmr etdiyi məzmunu silməkdən imtina etdiyinə görə, Rusiya tənzimləyiciləri tərəfindən tənqid atəşinə tutulub. Lakin Rusiya hökuməti hələ də Rusiyada çox populyar olan xidməti əngəlləməyib.

Geri qayıt