Əsas Səhifə > Maraqlı > Gürcü mənbələrini alt-üst edən FAKTLAR - Dumanis qədim dövrdə

Gürcü mənbələrini alt-üst edən FAKTLAR - Dumanis qədim dövrdə


31-08-2019, 23:40

 
                                                                                      I YAZI

1828-ci ildə əksər hissəsini tarixi Şimali Azərbaycan torpaqları təşkil edən Cənubi Qafqazın Rusiya tərəfindən işğalından sonra burada xalqımızın minilliklər boyu yaratdıqları istər xristian, istərsə də müsəlman mədəniyyətinin izlərinin məqsədyönlü şəkildə məhv edilmə prosesi sovet rejimi illərində də davam etdirilirdi. Bu proses Azərbaycan SSR-dən ayrı salınmış tarixi Şimali Azərbaycan torpaqlarında daha amansız xarakter daşıyırdı. Bu siyasət müxtəlif istiqamətlərdə aparılırdı:

 

1. “Təmir” adı altında xristian türklərə aid olan məbədlər “erməniləşdirilir”, yaxud da “gürcüləşdirilirdi”. Ən qəribəsi isə budur ki, qədim türklərə aid olan daşdan yonulmuş qoç, at, dəvə və balıq fiqurları da əsassıs olaraq qədim ermənilərə və gürcülərə aid edilirdi.

2. Türk dilində olan yer adları ya süni yer adları ilə əvəz olunur, yaxud da sadəcə erməni və ya gürcü dilinə tərcümə olunurdu.


3. Müsəlman türklərə aid maddi mədəniyyət nümunələrinin total şəkildə məhv edilməsi.


Təəssüf ki, Gürcüstan müstəqillik qazanandan sonra da bu siyasət davam etdirilmiş, nəticədə min illər boyu Azərbaycan türklərinin yaşadıqları və adları türkcə olan yüzlərlə yer adları qondarma toponimlərlə əvəz olunmuşdur.


Tarixi Borçalı mahalına daxil olan Dmanisi (1947-ci ilə qədər Başkeçid adlanırdı) indiki Gürcüstan Respublikasının cənub-qərbində yerləşir. Şimalda Zalqa (Barmaqsız, ondan əvvəl isə Hunqala), şimal-şərqdə Tetriskaro (Ağbulaq), şərqdə Bolnis (Lüksemburq, ondan əvvəl isə Çörük Qəmərli), qərbdə tarixi Ahıska vilayətinə daxil olan Ninosminda, cənubda isə Ermənistan Respublikasının Taşır vilayəti ilə həmsərhəddir.


Dmanisi ərazisində kompleks arxeoloji qazıntılar aparmış gürcü arxeoloqu L.Musxelişvili onun “türk deyiliş forması olan Dumanis” kimi səslənməsini daha düzgün sayır. 1940-cı ildən başlayaraq, 300 ildən çox Dmanisi əmirliyinin paytaxtı olmuş Başkeçid (Dmanisi) şəhərində arxeoloji qazıntılar aparılmışdır. Ekspedisiyanın rəhbəri L.Musxelişvili axırda belə qənaətə gəlmişdir: «Dmanisi, müsəlmanların əksəriyyət təşkil etdikləri, orta əsrlərdə Cənubi Qafqazın ən böyük şəhərlərindən biri olmuşdur». Qazıntılar zamanı 8 məscidlə yanaşı, müsəlman müqəddəslərinə mənsub türbələr də aşkar edilmişdir. L.Musxelişvili, 1703-cü ildə Dmanisidə inşa edilmiş kilsəninin divarlarını tədqiq edərkən onların bu məbəddən daha qədim olan müsəlmən qəbirlərinin baş daşlarından inşa olunduğunu qeyd etmişdir.(Л.Мусхелишвили. Раскопки в Дманиси. Журналь «Советская археология»
 №6. Москва-Ленинград, 1940).


 
Dmanisi ərazisi ən qədim insan məskənlərindən biri olmuşdur. 1991-ci 2007-ci illərdə D.Lordkipanidzenin başçılıq etdiyi arxeoloji qazıntılar zamanı Dmanisi ərazisində 1,8 milyon il bundan əvvəl yaşamış 5 qədim insan – Homo erectusun (düz qamətli insan) ilkin variantı olan Homo ergasterin qalıqları aşkar olunmuşdur. (М. Г. Ниорадзе, Г. Н. Ниорадзе. Ранний палеолит Грузии (по материалам стоянки ранних гоминидов в Дманиси). Ранний палеолит Евразии: новые открытия: Материалы международной конференции (Краснодар – Темрюк, 1–6 сентября 2008 г.). Ростов-на-Дону, 2008. s.89 - 91). Gürcü həmkarlarımız dil və irqlərin yaranmadövründən xeyli əvvəl yaşamış bu məxluqatları nəinki ilk avropalı” elan etmiş, hətta onlara Zevzi” və “Mziya kimi gürcü adları vermişlər.

Dmanisi ərazisindən mis dövrünə (8-6 min il bundan əvvəl) aid balta 1949-cu ildə aparılmış arxeoloji qazıntılar zamanı Qara su (Pinezauri) çayının qollarından birinin ətrafında 2 metr dərinlikdən aşkar edilmişdir. Bu cür baltaların oxşar nümunələrinə Borçalının cənubunda – Allahverdidə və Mesopotamiyada (İkiçayarasında) rast gəlinmişdir (Коридзе Д.Л., Новые находки медныхорудий в Квемо-Картли. Журнал «Советская археология». Москва,1958. N 1).

Tunc dövründə bütün Borçalı kimi Dmanisi də insanların ən sıx məskunlaşdığı bölgələrdən biri olmuşdur. Bunu 1959-1962-ci illərdə O.Caparidze tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət nümunələri sübut edir (О.М.Джапаридзе. Археологические раскопки вТриалети в 1959 – 1962 гг.Журналь «Советская археология» N 2.1964. стр. 102 - 121) .


 

Bu dövrdə qədim Borçalı tayfalarının qışlaqları Qarayazıda, Yağlıcada və Soğanlıqda, yaylaqları isə Dmanisidə - Ərcivan (Trialeti) dağlarında yerləşirdi. 1958-ci ildə Dmanisidən 20 km aralıda, dəniz səviyyəsindən 1300-1400 metr hündürlükdə, Qarabulaq çayının sağ qolu sahilində yerləşən ərazidə kurqanlar aşkar edilmişdir. Bir neçə kurqan isə Qarabulaq kəndindən yuxarıda - Quru düz adlanan düzənlikdə və Söyüdlü kəndi yaxınlığından aşkar edilmişdir. Kurqanların hündürlüyü 2 metr 50 sm, diametri isə 40, bəzilərinin isə metrə çatır (О.МДжапаридзе. Археологические раскопки в Триалети в 1959 – 1962 гг. Журналь «Советская археология» N 2.1964). Kurqanlardandulusçuluq məmulatları ilə yanaşı, müxtəlif bəzək əşyaları da aşkar edilmişdirTunc dövründə meydana çıxan meqalitik abidələr Dmanisi ərazisində də geniş yayılmışdı. Meqalitik abidələr dedikdə, əsasən, menhirlər (fransız dilində men – daş, hir – uzun), dolmenlər (tol – masa, men – daş), kromlexlər (krom – dairə, lex – qaya), daş qutular nəzərdə tutulur. Tarixi Borçalı mahalı ərazisində yerləşən Dmanisi, Samşvilde və ya Orbeti (Qartal yuvası), Ağ Bulaqdan başqa, onların qonşuluğunda yerləşən Ani və Dəbildən, habelə Basean düzənliyindən (Barsillər ovası ) də bu cür meqalitik abidələrin çoxluğunu əsas gətirən V.N.Xudadov, Dmanisinin Ptolomey tərəfindən də xatırlandığını qeyd edərək, şəhərin miladdan əvvəl X-VI əsrlərdə salındığını güman edir (В.Н.Худадов. Мегалитические памятники Кавказа.Вестник Древней Истории. № 1. 1937. s.212-214).
Dmanisi ərazisindən tapılan qədim dövrə aid daş abidələr içərisində at, qoç və dəvə heykəlləri xüsusilə diqqəti cəlb edir. Tarixçilərin əksəriyyəti Anadoludan Koreya yarımadasını qədər uzanan ərazilərə yayılmış daş qoç, at və dəvə qəbirüstü abidələri birbaşa qədim türklərlə bağlayırlar. Çox vaxt bu qəbir daşlarını üzərində türk ərənlərinin «rəsmləri» «müşayiət edir».

Geri qayıt