Əsas Səhifə > Dünya > Netanyahu Makrona xəbərdarlıq etdi: “Onunla görüşmə”

Netanyahu Makrona xəbərdarlıq etdi: “Onunla görüşmə”


31-08-2019, 23:26

 


Şəffaflıq.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu İranın bölgədə “aqressivliyin artdığını” iddia edərək, Fransa prezidenti Emmanuel Makronun belə bir zamanda İran prezidenti Həsən Ruhani ilə görüşməyinin “düzgün olmadığını” söyləyib.

Prezident Aparatının Mətbuat Xidmətinin yazılı açıqlamasına görə, İsrailin baş naziri ilə Fransa prezidenti regiondakı vəziyyət barəsində telefon söhbəti aparıblar.

Telefon danışığının Fransa tərəfini istəyi ilə baş tutduğu bildirilir. Söhbət zamanı Netanyahu Makrona deyib: “Regionda aqressivliyini artıran İran ilə görüşmək üçün düzgün bir zaman deyil”.

Makron Trampa “Ruhani ilə görüşün” demişdi

Makron Fransada keçirilən G7 sammitindən sonra ABŞ prezidenti Donald Tramp ilə birgə mətbuat konfransı keçirmiş, gələcək həftələrdə prezident Tramp ilə İran prezidenti Həsən Ruhaninin görüşməyini istədiyini bildrərək deyib: “Görüşün həyata keçirilə və razılıq əldə olunna bilməsi üçün şərait yaratmışıq”.

Tramp müsbət qarşılamışdı

Tramp da Ruhani ilə görüşmək ehtimalı ilə bağlı demişdi: “Şərtlər düzgün olarsa, təbii ki, qəbul edərəm”.
İran prezidenti H.Ruhani isə Trampın bu açıqlamasına belə cavab vermişdi: “Sanksiyaları dayandırmayana qədər, İran-ABŞ münasibətlərində heç bir müsbət dəyişikliyin şahidi olmayacaqsınız”.
Geri qayıt