Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ Hərbi Hava Qüvvələri hipersəs raketini sınaqdan keçirib

ABŞ Hərbi Hava Qüvvələri hipersəs raketini sınaqdan keçirib


17-05-2022, 14:56

 

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) AGM-183A hipersəs raketinin prototipini uğurla sınaqdan keçirib. Bu barədə ABŞ ordusu məlumat verib.

Buraxılış mayın 14-də “Air-Launched Rapid Response Weapon (ARRW)” (hava əsaslı çevik reaksiya silahı) proqramı çərçivəsində Kaliforniyanın cənub sahillərində “Boeing B-52H” “Stratofortress” bombardmançı təyyarəsindən həyata keçirilib.


Tərtibatçıların geniş yayılmış bəyanatında qeyd edildiyi kimi, raketin sürəti səs sürətindən beş dəfə çox olub.


ABŞ Hərbi Hava Qüvvələrinin silahlanma proqramının rəhbəri Hit Kollins sınaqların nəticələrini "böyük nailiyyət" adlandırıb.


Ötən ay CNN xəbər vermişdi ki, ABŞ ordusu martın ortalarında hipersəs raketini uğurla sınaqdan keçirib, lakin Rusiya ilə gərginliyi artırmamaq üçün onu gizli saxlayıb.


Şəffaflıq.az
Geri qayıt