Əsas Səhifə > SİYASƏT > Ukrayna müharibəsində şok: "Azov" təslim olur

Ukrayna müharibəsində şok: "Azov" təslim olur


17-05-2022, 00:00
Ukraynanın Mariupol şəhərində müharibənin ilk günlərindən döyüşən və "Azovstal" zavodunda müqavimət göstərən "Azov" alayının döyüşçüləri rusiyalılara təslim olmağa başlayıblar.
Milli.Az bildirir ki, artıq 300 döyüşçünün təslim olduğu vurğulanır.
Onların 50 nəfəri yaralılardır.
"Azov" alayının komandiri Denis Prokopenko yaydığı videomüraciətdə bəyan edib ki, qarşılarına qoyulan tapşırıqları yerinə yetiriblər və tabeçiliyində olan hərbçilərin həyatlarını qorumaq istəyir.
"Mariupolun müdafiəçiləri bütün çətinliklərə rəğmən əmri yerinə yetirdilər, düşmənin dəfələrlə artıq qüvvələrini 82 gün üstlərinə çəkdilər və Ukrayna ordusuna yenidən qruplaşaraq tərəfdaş ölkələrdən daha çox silah almağa tmkan verdilər.
Hərbçilərimizin həyatlarını qorumaq üçün Mariupol qarnizonu ali hərbi komandanlığın təsdiqlənmiş qərarını yerinə yetirir. Ukrayna xalqının dəstəyinə bel bağlayırıq", - D.Prokopenko deyib.

Şəffaflıq.az
Geri qayıt