Əsas Səhifə > İnfrastruktur > Bolqarıstanın Baş naziri Azərbaycan qazının sərfəli olacağını bildirib
Bolqarıstanın Baş naziri Azərbaycan qazının sərfəli olacağını bildirib16-05-2022, 09:20 |
Bolqarıstanın Baş naziri Kiril Petkov Azərbaycandan alınacaq təbii qazın qiymət baxımından sərfəli olacağını bildirib. Bu barədə Bolqarıstan mətbuatına istinadən xəbər verir. “May ayı üçün təbii qazın qiyməti 15 % bahadır, lakin iyunda bu, aprel ayı səviyyəsində olacaq. Həmin vaxt Yunanıstanla sazişin hazır olub-olmamasından asılı olmayaraq Azərbaycandan təbii qaz daxil olmağa başlayacaq”, - Baş nazir əlavə edib. O, qeyd edib ki, Amerika şirkəti ilə razılaşdırılmış təbii qaz artıq yoldadır. “Gəmilər getdi. Onların hara yan alacaqlarını, qiymətin nə olduğunu bilirik”, - Kiril Petkov qeyd edib. Baş nazirin sözlərinə görə, ABŞ-dan qazın qiyməti meqavat-saat üçün 26 dollar, Avropada bir meqavat-saat üçün 100 avro, “Qazprom”dan isə 72 avro olmaqla razılaşdırılıb: Plana görə, gəmilər iyunun 8-i və 23-də gəlməlidir. Lakin Petkov gəmilərin harada olduğunu açıqlamaq istəməyib. Şəffaflıq.az Geri qayıt |