Əsas Səhifə > Hadisə > Bakıda kişini bel ilə döyərək öldürən şəxsin məhkəməsi başlayır

Bakıda kişini bel ilə döyərək öldürən şəxsin məhkəməsi başlayır


14-05-2022, 10:08
Bakıda qətl törətməkdə təqsirləndirilən Əbülfərz Məhərrəmovun cinayət işi üzrə məhkəmə başlayır.
Şəffaflıq.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin vaxtı hələ məlum deyil.
Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, Ramil Atakişiyev övladını görmək üçün keçmiş həyat yoldaşı ilə görüş təyin edib. Onu Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanında keçmiş həyat yoldaşının hazırda qeyri-rəsmi nikahda yaşadığı Əbülfərz Məhərrəmov qarşılayıb. Həmin şəxs R.Atakişiyevi bel ilə döyərək ona ağır xəsarətlər yetirib. Həmin şəxs 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq R.Atakişiyev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Ə.Məhərrəmov saxlanılıb və ona, Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (Qəsdən sağlamlığa zərər vurma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb.

Geri qayıt