Əsas Səhifə > Hadisə / ELM VƏ TƏHSİL > Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü vəfat edib
Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü vəfat edib14-05-2022, 10:05 |
Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, texnika elmlər doktoru, professor Arif Quliyev vəfat edib. Şəffaflıq.az xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib. Qeyd edək ki, A.Quliyev 3 fevral 1934-cü ildə Aşqabad şəhərində anadan olub. 1957-ci ildə Fərqanə Dövlət Pedaqoji İnstitutunun Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib və Azərbaycana gəlib. Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. 1971-ci ildə - 37 yaşında texnika elmləri doktoru elmi dərəcəsi və 1972-ci ildə professor elmi adı alıb. 2003-cü ildən Prezident yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, baş elmi katib, qurumun Aparat rəhbəri olub. Geri qayıt |