Əsas Səhifə > Hadisə / Region > Rusiyanın Ermənistandakı poliqonunda partlayış olub

Rusiyanın Ermənistandakı poliqonunda partlayış olub


13-05-2022, 22:57
 Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Gümrü rayonundakı 102-ci hərbi bazasına məxsus Kamxut dağlıq ərazisində baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub.

Şəffaflıq.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Axuryan bələdiyyəsi sədrinin birinci müavini Karen Arşakyan bildirib ki, mərmi saat 15:30 radələrində partlayıb. Hadisə nəticəsində yaxınlıqdakı kənddən olan 1957-ci il təvəllüdlü çoban ölüb.

Arşakyanın sözlərinə görə, həmin vaxt poliqonda heç bir təlim olmayıb: "Ola bilsin, mərmi əvvəlki təlimlərdən qalıb”.

Geri qayıt