Əsas Səhifə > Manşet / Region / Cəmiyyət > Şamaxıda növbəti səyyar qəbul keçirilib.-FOTO

Şamaxıda növbəti səyyar qəbul keçirilib.-FOTO


13-05-2022, 22:34
 
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Şamaxı Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.

 Yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul rayonun Quşçu kəndlərində keçirilmişdir
 Şəffaflıq.az xəbər verir ki, qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Şamaxı Rayon prokuroru Müşfiq Səfərov, Şamaxı Rayon Polis şöbəsinin rəisi Əlyəddin Səfərov, təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak edib.
Qəbulda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətin başçısı Tahir Məmmədov son illər ölkəmizdə o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Şamaxıda aparılan abadlıq və quruculuq işləri haqqında kənd sakinlərinə məlumat verib.
Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.


Dəyanət İsmayılov.



 



Geri qayıt