Əsas Səhifə > Hadisə > Prokurorluq Sumqayıtda qadının qətli ilə bağlı açıqlama yayıb
Prokurorluq Sumqayıtda qadının qətli ilə bağlı açıqlama yayıb13-05-2022, 09:48 |
Prokurorluq Sumqayıtda qadının qətli ilə bağlı açıqlama yayıb. Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, mayın 12-də 1997-ci il təvəllüdlü Ayşən Bayramovanın mayın 8-də şəhərin 17-ci mikrorayonda kirayə yaşadığı mənzildə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1994-cü il təvəllüdlü Xalid Əmənovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Ayşən Bayramovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Xalid Əmənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Şəffaflıq.az Geri qayıt |