Əsas Səhifə > İqtisadiyyat > Ankara və Bağdad yeni neft kəməri tikintisini müzakirə edir - Cənubdan Ceyhana

Ankara və Bağdad yeni neft kəməri tikintisini müzakirə edir - Cənubdan Ceyhana


31-08-2019, 23:07

 


Türkiyə və İraq yeni boru kəmərinin tikitisi planını müzakirə edir. Kəmər yalnız Kərkük neftiini yox, həm də İraqın cənubundakı yataqların neftini Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına daşınmasınıa imkan verəcək. Məsələnin müzakirəsin avqustun 28-də Bağdadda başlanıb. Müzakirələrdə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Donməz və İraqın neft naziri Samir əl-Hadban iştirak edib.

Xəbəri «Anadolu» agentliyi yayıb.

Boru kəmərinin marşrutu Kərkükdən gələn köhnə kəmərlə paralel keçəcək və Türkiyə sərhədinə istiqamətlənəcək. Yeni «qol» Bəsrə-Akabe kəmərinə birləşdiriləcək ki, bu da Türkiyədən keçməklə İraqın cənub neftinin dünya bazarına çıxarılmasına imkan verəcək.

Türkiyəli nazirin sözlərinə görə, yeni kəmərin tikilməsi barədə təşəbbüs İraq tərəfdən irəli sürülüb. Ankara da təklifi müzakirə etməyə hazır olduğunu bildirib.

İraqın neft naziri xəbər verib ki, Bağdad həm də iki ölkə arasında elektrik ötürücü xəttinin çəkilməsini təklif edir. /AzPolitika.info/
Geri qayıt