Əsas Səhifə > REGİON / Cəmiyyət > İsmayıllıda qanvermə aksiyası keçirilib
İsmayıllıda qanvermə aksiyası keçirilib13-05-2022, 00:34 |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramı, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramına dəstək olmaq üçün İsmayıllıda qanvermə aksiyası keçirilib. Şəffaflıq.az xəbər verir ki, “Sən də bizə qoşul, qanınla can ver!” şüarı ilə keçirilən aksiyanın məqsədi qan çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə kömək etməkdir. Aksiya İsmayıllı Rayon İcra Hakimiyyətinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzi Qan Bankının və Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə baş tutub. Kampaniyaya qoşulanlar əvvəlcə müayinədən keçirilib. Aksiyada risk qrupuna daxil olmayan rayon sakinləri, könüllülər, icra hakimiyyəti, idarə və müəssisələrin əməkdaşları, qazilər və şəhid ailələri iştirak edib. İştirakçılarda motivasiya yaratmaq, onları ruhlandırmaq üçün rayon rəssamları tərəfindən qanvermə prosesi rəsm əsərləri ilə əbədiləşdirilib. Geri qayıt |