Əsas Səhifə > Dünya > Makron Ukraynanın Aİ-yə üzvlüyünə onilliklər tələb oluna biləcəyini deyib

Makron Ukraynanın Aİ-yə üzvlüyünə onilliklər tələb oluna biləcəyini deyib


9-05-2022, 19:51

 

Biz bilirik ki, Ukraynanın Avropa İttifaqına üzvlüyünə imkan verən proses illər, düzünü desək isə onilliklər çəkə bilər.


Şəffaflıq.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib. Fransa lideri Aİ-yə üzvlük standartlarının aşağı salınması halında Ukraynanın İttifaqa daha tez üzv ola biləcəyini də əlavə edib.

O, Strasburqda Avropa Parlamentinin Avropanın gələcəyi ilə bağlı təşkil etdiyi konfransın bağlanış mərasimində çıxışı zamanı Aİ-nin Rusiya-Ukrayna müharibəsi daha da genişlənmədən sülh yolu ilə həll etməyə çalışmalı olduğunu deyib.

Makron Ukrayna münaqişəsinin bitməsindən sonra yekun sülh üçün Avropa İttifaqı ilə Ukrayna və Rusiyanın bir stol arxasında danışıqlar aparmalı olduğunu söyləyib.

Geri qayıt