Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ-ın yeni qırıcısı ən bahalı təyyarə olacaq
ABŞ-ın yeni qırıcısı ən bahalı təyyarə olacaq9-05-2022, 17:27 |
“Next-Generation Air Dominance” (NGAD) proqramı çərçivəsində ABŞ Hərbi Hava Qüvvələri üçün hazırlanan altıncı nəsil qırıcı indiyədək istehsal edilmiş ən bahalı təyyarə olacaq. O, “Lockheed Martin F-22”-ni əvəz edəcək. Proqrama 2010-cu illərin əvvəllərində start verilib. Ötən ilin sentyabr ayında tam miqyaslı prototipin ilk uçuşu baş tutub. F-22-nin NGAD qırıcıları ilə dəyişdirilməsi 2030-cu illərdə başlayacaq. Yeni təyyarənin pilotsuz versiyası da olacaq. “Popular Mechanics”in rəyinə görə, 77 milyon dollarlıq F-35-lərlə müqayisədə, yeni qırıcının qiyməti 200-300 milyon dollar arasında olacaq. Şəffaflıq.az Geri qayıt |