Əsas Səhifə > MANŞET / REGİON / Cəmiyyət > “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda sosial müəssisə açılıb.-FOTO
“Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda sosial müəssisə açılıb.-FOTO6-05-2022, 23:51 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, “Azəriqaz” İstehsalat Birliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA),Şamaxırayon İcra Hakimiyyəti və “Bank Respublika” ASC-nindəstəyi, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə icraolunan “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda sosial müəssisə açılıb. Şəffaflıq.az xəbər verir ki, açılış tədbirində Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Şamaxı Rayon İcraHakimiyyətinin başçısı Tahir Məmmədov, KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, “Bank Respublika” ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov və digər rəsmilər iştirak ediblər. Qeydedilib ki,sosial müssisənin istifadəyə verilməsində məqsəd tənha anaların sosial həyatda fəaliştirakını gücləndirməyə kömək etmək və qadınların iqtisadi, sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirmək, sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün geniş imkanlar yaratmaqdır. Layihə çərçivəsində ilk olaraq uşaqlarını təkböyüdən və çoxuşaqlı anaların seçimiaparılıb. Uyğun namizədlərə KOBİA tərəfindən biznes təlimləri keçirilib və təlimin sonunda qiymətləndirmə aparılıb. Layihəyə cəlb olunmuş şəxslərə Dövlət Məşğulluq Agentliyinin banklarla birgə icra etdiyi “Özünüməşğulluğa dəstək” layihəsi çərçivəsində Bank Respublika tərəfindən dərzilik fəaliyyəti üzrə avadanlıqlar təqdim edilib. “Azəriqaz” İB-nin bazasında olan məkanlardan biri təmir edilərək sosial müəssisə formasında layihə iştirakçılarının istifadəsinə verilib. Növbəti mərhələdə Şamaxı rayon İcra Hakimiyyəti müəssisədə istehsal olunacaq məhsulların satışına dəstək göstərəcək. “Məşğulluq haqqında” Qanuna əsasən, sosial müəssisə – sosial müdafiəyə xüsusi ehtiyacı olan və işədüzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün yaradılan ixtisaslaşdırılmış hüquqi şəxsdir Şamaxı şəhəri Geri qayıt |