Əsas Səhifə > XARİCİ XƏBƏR > İsveçdə NATO-ya üzvlüklə bağlı fikir ayrılığı yaranıb
İsveçdə NATO-ya üzvlüklə bağlı fikir ayrılığı yaranıb6-05-2022, 07:24 |
İsveçdə hakim Sosial Demokrat Partiyasının (SSKF) qadın qanadının ölkənin NATO-ya mümkün daxil olma variantına qarşı mövqeyi ilə bağlı siyasi fikir ayrılığı yaranıb. Bu barədə partiya lideri, iqlim və ətraf mühit naziri Annika Strandhell bildirib. Bu barədə “Svenska Dagbladet” məlumat verib. “Qadınlar Qolunun Şurası Konqresimizin qərarlarına riayət etmək qərarına gəlib ki, bu qərarlara əsasən, İsveç hərbi baxımdan bloklara qoşulmamalı və NATO-dan kənarda olmalıdır”, - deyə siyasətçi bildirib. Strandhell vurğulayıb ki, onun fraksiyası sülh və tərksilah uğrunda uzun tarixə malikdir. Daha əvvəl məlum olmuşdu ki, İsveç mayın 15-də NATO-ya üzv olmaq barədə qərar verəcək. Ehtimal olunur ki, bu gün ölkənin hakim Sosial Demokrat Partiyası Şimali Atlantika Alyansına üzvlük məsələsi ilə bağlı əlavə iclas keçirməyi planlaşdırır. Şəffaflıq.az Geri qayıt |