Əsas Səhifə > MALİYYƏ > Qızıl yenə bahalaşıb

Qızıl yenə bahalaşıb


5-05-2022, 14:09
ABŞ-da faiz dərəcəsinin 75 bənd artırılmayacağı barədə Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauelin açıqlaması qızıl bazarını hərəkətə gətirib.
“Report” xəbər verir ki, Nyu-Yorkdakı “Comex” birjasında hərrac zamanı qızılın iyun fyüçersi 1,72 faiz bahalaşaraq 1901,06 USD/OZ qiymətindən satılıb. Gümüşün də iyul fyüçersi 3,66 faiz bahalaşaraq 23,218 USD/OZ-dan satılıb.
Qeyd edək ki, ekspertlərin qənaətincə, qızıl bazarındakı qiymətləri tənzimləyən əsas amil məhz faiz dərəcəsinin 75 bənd arta biləcəyi gözləntiləri olub. Ötən gün FED tərəfindən təməl illik faiz dərəcəsini 0,75-1 faizədək artırması əksər ekspertlərin proqnozları ilə üst-üstə düşüb.
Şəffaflıq.az
Geri qayıt