Əsas Səhifə > Hadisə > Sabirabadda motosiklet avtomobillə toqquşub, xəsarət alanlar var

Sabirabadda motosiklet avtomobillə toqquşub, xəsarət alanlar var


4-05-2022, 18:54
 Sabirabadda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şəffaflıq.az-ın  məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil motosikletlə toqquşub.
Qəza nəticəsində Sabirabad şəhər sakini, 1982-ci il təvəllüdlü Mustafayev Ramil Sərrafoğlu və daha bir nəfər xəsarət alıb. R.Mustafayev Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Digərinin xəsarəti yüngül olduğundan ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.“Report”

Geri qayıt