Əsas Səhifə > REGİON > “Gürcü Arzusu”: “Saakaşvili sağlam vəziyyətdədir”

“Gürcü Arzusu”: “Saakaşvili sağlam vəziyyətdədir”


4-05-2022, 18:17
“Mixeil Saakaşvili sağlam vəziyyətdədir”.
Şəffaflıq.az “Report”-a istinadən xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, keçmiş prezident lazımı müalicə ilə təmin olunur:
“Əlbəttə ki, məhbusa qayğının göstərilməsi ilə bağlı məsuliyyət hökumətin üzərindədir, öz səhhətinə ziyan vurmağa görə isə məhbusun özü cavabdehlik daşıyır”.
İ.Kobaxidze qeyd edib ki, istənilən halda M.Saakaşvili lazımi müalicə alacaq:
“Biz məsuliyyətin nə olduğunu yaxşı bilirik və bizə bunu xatırlatmağa heç bir ehtiyac yoxdur”.

Geri qayıt