Əsas Səhifə > Hadisə > Ağsuda bomba həyəcanı: Polislər məktəbi əhatəyə aldılar

Ağsuda bomba həyəcanı: Polislər məktəbi əhatəyə aldılar


4-05-2022, 12:47

 

Mayın 4-də saat 04.50-də DİN-in “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs: “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var”, - deyərək telefonu qapadıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.

Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı Füzuli Nizamlı tərəfindən edilməsi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.


Şəffaflıq.az



Geri qayıt