Əsas Səhifə > Digər > Külli miqdarda kolbasa və sosis məmulatları məhv edildi

Külli miqdarda kolbasa və sosis məmulatları məhv edildi


3-05-2022, 18:08

 

Azərbaycanda külli miqdarda istehlaka yararsız kolbasa və sosis məmulatları məhv edilib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, fiziki şəxs Cəfərov Səxavət Ərəstun oğlunun agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 3 750 kiloqram kolbasa və sosis məmulatları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.


Şəffaflıq.az

Geri qayıt