Əsas Səhifə > Gündəm > “Nar” bölgələri yüksək keyfiyyətli internetlə təmin etməyə davam edir
“Nar” bölgələri yüksək keyfiyyətli internetlə təmin etməyə davam edir30-08-2019, 19:19 |
Hər bir abunəçisini keyfiyyətli şəbəkə və mobil internetlə təmin etməyi hədəfləyən “Nar”, Azərbaycanın bölgələrində də mobil şəbəkəsini genişləndirməkdədir. Artıq ən ucqar kəndlərdə belə "Nar"-ın mobil rabitə xidmətlərindən istifadə etmək mümkündür. Mobil operator son bu il ərzində regionlarda 460 4G LTE texnologiyalı baza stansiyası quraşdırıb. “Nar”-ın 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63% artıb. 4G internetindən istifadə edənlərin artımı Bakı üzrə 89%, regionlar üzrə isə 116% təşkil edir. Mobil operator şəbəkəsinin keyfiyyətilə yanaşı, rabitə xidmətlərinin hər kəs üçün əlçatan olmasını hədəfləyib. “Nar” bölgələrdə yaşayan əhali üçün təklif etdiyi sərfəli “Yerlim” tarifi abunəçilər tərəfindən xüsusi qiymətləndirilir. Belə ki, son 1 il ərzində tarifə qoşulanların sayı 15% artıb. Artıq yarım milyondan çox abunəçi "Nar"-ın "Yerlim" tarifindən istifadə edir. Qeyd edək ki, “Yerlim” tarifilə abunəçilər eyni bölgədə yaşayan doğmaları, dostları, bir sözlə, bütün yerliləri ilə dəqiqəsi 1 qəpikdən danışa bilərlər. Tarifə qoşulmaq üçün “Yerlim” yazıb 777 qısa nömrəsinə mesaj göndərmək və ya *777#303#YES kodunu yığmaq lazımdır. Tarif haqqında ətraflı məlumatı https://www.nar.az/yerlim internet səhifəsindən əldə edə bilərsiniz. “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb. Geri qayıt |