Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiya Zelenskidən əsas tələbini açıqladı

Rusiya Zelenskidən əsas tələbini açıqladı


3-05-2022, 09:36

 

“Ukrayna Prezidenti Volodimir Zelenskidən mülki əhalinin hər birinin azad olunması və müqavimətin dayandırılmasını əmr etməsini tələb edirik”.

Şəffaflıq.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov italyan mətbuatına müsahibəsində Rusiyanın Ukraynadakı əməliyyatlarındakı ən kritik şəhər olan Mariupol şəhərindəki “Azovstal” zavoduna sığınan Ukrayna hərbçiləri və mülki şəxslərin vəziyyəti barədə danışarkən deyib.

“Hədəfimiz Ukraynada rejim dəyişikliyini ehtiva etmir. Bu, ABŞ-ın peşəkarlıq sahəsidir”.

Lavrov iddia edib ki, Ukrayna “Toçka-U” raket sistemləri ilə Donbass bölgəsindəki bəzi şəhərləri vurub:

“Doğrusu, “Toçka-U” raketləri ilə Donbass bölgəsinin mərkəzinə, Xerson şəhərinə və Kramatorsk şəhərindəki dəmiryolu stansiyasına hücumlar həyata keçirildi.

Açıq görünür ki, buradkı məqsdə mülki əhaliyə qarşı terror və bu bölgədə yaşayan insanların öz talelərini müəyyən etmək hüququna dair ehtimal olunan cəhdlərin qarşısını almaqdır”, - Lavrov vurğulayıb.

Geri qayıt