Əsas Səhifə > Hadisə > 10 min manatlıq qızıl-zinət əşyalarını oğurladı və dəyərindən ucuz qiymətə satdı
10 min manatlıq qızıl-zinət əşyalarını oğurladı və dəyərindən ucuz qiymətə satdı2-05-2022, 20:37 |
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Mehdiyev saxlanılıb. İlkin araşdırmalar zamanı N.Mehdiyevin 10 min manat miqdarında qızıl-zinət əşyalarını oğurladığı və dəyərindən ucuz qiymətə satdığı müəyyən edilib. Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Şəffaflıq.az Geri qayıt |