Əsas Səhifə > Cəmiyyət > Vergi orqanları vergiödəyicisinin əmlakını nə zaman siyahıya ala bilərmi?
Vergi orqanları vergiödəyicisinin əmlakını nə zaman siyahıya ala bilərmi?2-05-2022, 20:19 |
Vergiödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Şəffaflıq.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, əmlakın siyahıya alınması vergiödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır. Bu zaman vergiödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Eyni zamanda, vergiödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını Məcəllədə qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə, vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergiödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergiödəyicisi məsuliyyət daşıyır. Vergiödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergiödəyicisi riskli vergiödəyicisi olduğu halda vergi orqanı vergiödəyicisinə yazılı bildiriş göndərməklə, eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergiödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergiödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Qeyd olunub ki, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Geri qayıt |