Əsas Səhifə > İdman > Məhəmməd Əlinin nəvəsi rəqibini nokaut etdi

Məhəmməd Əlinin nəvəsi rəqibini nokaut etdi


2-05-2022, 17:37
 Amerikalı boksçu Niko Uolş həmyerlisi Alexandro İbarranı məğlub edib.
Şəffaflıq.az oxu.az-a istinadən xəbər verir ki, əfsanəvi boksçu Məhəmməd Əlinin 21 yaşlı nəvəsi qarşıdurmanın ilk raundunda rəqibini nokaut edib. Qələbə amerikalı üçün karyerasında ardıcıl beşinci olub.
İbarraya qarşı mübarizə Uolş üçün 2022-ci ildə ikinci olub. Yanvar ayında o, Ceremiya Yegeri nokaut etmişdi. Mübarizə ikinci raundda başa çatmışdı.

Şəffaflıq.az
Geri qayıt