Əsas Səhifə > İdman > “Məğlubiyyətdən məğlubiyyətə fərq var” - Rəşad Sadıqov

“Məğlubiyyətdən məğlubiyyətə fərq var” - Rəşad Sadıqov


29-08-2019, 23:02

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Linfild"lə keçirilən oyundan sonra jurnalistlərə açıqlama verib.
Şəffaflıq.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, oyunun gərgin keçdiyini bildirib:
"Oyunun sonu çox gərgin keçdi. Erkən qoldan sonra daha çox top saxlamağa çalışdıq. Çünki rəqib əks-hücumlara çıxmaq istəyirdi. Biz də ilk oyundan sonra dəqiq analiz etmişdik. Ehtiyatlı davranırdıq".
Kapitan APOEL-ə Bakıdakı məğlubiyyətin və "Linflid"ə səfər oyunundakı məğlubiyyətin psixoloji təsirinin bu gün özünü göstərdiyini bildirib: "Məğlubiyyətdən məğlubiyyətə fərq var. Bir var ki, üstün olub uduzasan, bir də zəif oynayıb uduzasan. Ardıcıl iki oyunda üstün olub uduzmaq psixoliji təsir yaratmışdı. Bugünkü oyunda bu hiss olundu. Lakin yaxşı bitirdik".
Sadıqov qrupdan çıxmaq haqqında fikirlərini də deyib: "Qrupdan çıxmaqdan çox, hər oyunu ayrı-ayrı düşünməliyik və final kimi yanaşmalıyıq. Ümid edirəm ki, uğurlu nəticələrə nail olacağıq".

Geri qayıt